Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun məhsuldarlığı III Bundesliqa klubları arasında rəqabətə səbəb olub. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, 26 yaşlı forvard adıçəkilən liqada mübarizə aparan daha 3 komandanın maraq dairəsinə düşüb.
Regionalliqada “Dinamo”nun heyətində keçirdiyi 18 oyunda 19 qola imza atan Dadaşov bir müddət əvvəl “Şportfroynde”nin gündəmində idi. Artıq III Bundesliqada mübarizə aparan “Karl Zeyss”, “Erfurt” və “Çvikkau” da həmyerlimizi transfer etmək fikrinə düşüb.
Almanlar bu məsələdə “Karl Zeyss”i bir addım öndə hesab edirlər. Çünki onlar qarşı tərəfə rəsmi təklif göndəriblər. “Karl Zeyss”in baş məşqçisi Mark Zimmermann mütləq bir hücumçu alınmasını istəyib. O, Dadaşovun komandanın ön xətt oyunçusu Timmi Teile ilə birlikdə təhlükəli cütlük təşkil edəcəyini düşünür.
Lakin bu transfer heç də havayı başa gəlməyəcək. Çünki “Dinamo” rəhbərliyi Rüfətin keçidindən gəlir əldə etmək istəyir. Çünki hücumçunun Berlin təmsilçisi ilə müqavilə müddəti mövsümün sonuna qədərdi.
Qeyd edək ki, Rüfət Dadaşov 2013-2014-cü illərdə Azərbaycan millisinin heyətində keçirdiyi 16 oyunda 4 qola imza atıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı