[b]Daha 3 futbolçunun aqibəti bəlli oldu[/b]
27.10.2016 - 18:50
Mövsümün sonunda “Bavariya”dan ayrılacaq futbolçuların adlarına aydınlıq gəlməyə başlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Münhen klubunda 3 oyunçuya yeni müqavilə təklif edilməyəcək.
Gələn ay Aryen Robben, Frank Riberi və Robert Levandovski ilə yeni saziş imzalayacaq Bundesliqa nəhəngi əvəzində Xabi Alonso, Tom Ştark və Yulien Qrinlə yollarını ayıracaq. Hər 3 oyunçu ilə yeni müqavilə imzalanmayacaq.
Anlaşması mövsümün sonuna qədər olan digər futbolçulardan Rafinya, Holqer Badştuber və Kinqsli Komanla bağlı hələ qərar verilməyib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0