[b]Danilo Dias: Rəqibin kim olmasının fərqi yoxdur[/b]
18.07.2014 - 14:49
[b]Danilo Dias: Rəqibin kim olmasının fərqi yoxdur[/b]

“Hazırda biz “Valletta” ilə növbəti oyunu düşünürük. Ondan sonra bütün fikrimizi “Zalsburq”a yönəldəcəyik”. Bu sözləri apasport.az-a açıqlamasında “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Danilo Dias deyib.

 

O, Avropa Liqasının III mərhələsində “Zalsburq”un “Qarabağ” – “Valletta” cütünün qalibi ilə rəqib olmasından danışıb: “Bizim öz oyunumuzu oynamalıyıq. Rəqibin kim olmasının fərqi yoxdur. Öz gücümüzə inanırıq. “Zalsburq” güclü komandadır. Amma “Qarabağ” da zəif deyil. Sadəcə dediyim kimi biz hələ ki, iyulun 22-də Malta klubu ilə qarşılaşma haqqında fikirləşirik. Onları keçdikdən sonra Avstriya təmsilçisi barədə danışarıq”.