[b]Dəniz Yılmazın sarı vərəqəsi ləğv olunacaq[/b]
04.02.2018 - 15:33
[b]Dəniz Yılmazın sarı vərəqəsi ləğv olunacaq[/b]

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz yeni komandası "Gənclərbirliyi"nin heyətində növbəti oyununa çıxıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Superliqanın XX turunda "Fənərbaxça" ilə (2:2) səfər matçının 24-cü dəqiqəsində meydana daxil olan forvard son saniyələrdə sarı vərəqə ilə yadda qalıb.

 

Bu isə yerli KİV-də böyük səs-küyə səbəb olub. Məsələ burasındadı ki, qarşılaşmaya əlavə olunmuş 6-cı dəqiqədə Stefan Sessenyon rəqib oyunçuya qarşı kobud oynamasına baxmayaraq, baş hakim Mete Kalkavan yanlışlıqla Dənizi "sarı" ilə cəzalandırıb.

 

TRT Spor kanalında yayımlanan futbol verilişində sabiq referi Mustafa Çulcu həmin epizodu şərh edib. O, Sessenyonun hərəkətinin qırmızı vərəqəyə layiq olduğunu bildirib: "Bu hərəkətin qarşılığı qırmızı vərəqədi. Ancaq Mete Kalkavan yanlış futbolçunu cəzalandırdı. Hakim Dəniz Yılmaza sarı yox, Sessenyona qırmızı vərəqə göstərməli idi".

 

O, Dənizə göstərilən vərəqənin ləğv ediləcəyini də vurğulayıb.