[b]Dodo: Bu gün də qol vursam... - MÜSAHİBƏ[/b]
01.10.2015 - 16:12
[b]Dodo: Bu gün də qol vursam... - MÜSAHİBƏ[/b]

“Qəbələ”nin kapitanı Dodonun apasport.az saytına müsahibəsi

 

- Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Krasnodar”ın qonağı olacaqsız. Matça artıq hazırsız?

- Bəli, hazırıq. Həftə ərzində çox gərgin məşqlər keçmişik, yaxşı hazırlaşmışıq. İstəyirik məşqlərdəki bacarığımızı matçda da nümayiş etdirək. Artıq hamımızın diqqəti bu görüşədi. Yaxşı köklənmişik. Əziyyətimizin bəhrəsini görmək istəyirik.

 

- Avrokubokda uğurlu seriyanı davam etdirmək üçün nə etmək lazımdı?

- Hər şeydən öncə buna inanmaq lazımdı. Biz qrupa düşəcəyimizə inandığımız üçün 4 mərhələ adladıq. İndi də bacarığımızı qrup mərhələsində nümayiş etdiririk. Hər matça fərqli yanaşırıq, xal və ya xallar almağa çalışırıq. Bu gün də belə olacaq.

 

- “Krasnodar” səfərində bunu etmək çətin olmayacaq?

- Əlbəttə çətin olacaq. Bundan öncəki qarşılaşmalarda da çətinliklə üzləşmişdik. Amma baş məşqçinin tapşırığını yerinə yetirmişdik. Yenə baş məşqçinin dediklərinə əməl edə bilsək, niyə də qələbə qazanmayaq. Rusları təhlil etmişik, çox güclü komandadı. Amma məğlubedilməz rəqib yoxdu. Onların boşluqlarından yararlanıb qələbə qazanmağa çalışacağıq.

 

- Son vaxtlar yaxşı formada olmağınız nə ilə əlaqədardı?

- Bildiyiniz kimi, əvvəllər əməliyyat olmuşdum. Əməliyyatdan sonra bərpa olmaq heç də asan deyil. Bunun üçün vaxt lazım idi. Artıq həmin müddət keçdi və mənim vaxtım yetişdi.

 

- “Panatinaikos”la səfər qarşılaşmasında sizin qollarınız komandanı qrup mərhələsinə daşımışdı. Bu gün də fərqlənəcəyinizi hiss edirsiz?

- Mən həmişə qol vurmaq istəyirəm. Bu gün də qol vursam, mənim üçün böyük sevinc olar. Çünki bununla komanda qalib gələ bilər. Ancaq heç vaxt öncədən düşünmürəm ki, görəsən qol vura biləcəm, ya yox. Sadəcə olaraq, oyunda bacardığımı edirəm ki, fərqlənənlərdən biri də mən olum..

 

- Rəqibə hansısa sürpriziniz olacaq, yoxsa həmişəki oyununuzu sərgiləyəcəksiniz?

- Bu barədə qərarı məşqçi verir. Hələ ki, bizimlə bununla bağlı nəsə danışmayıb. Oyunöncəsi son tapşırıqda bəlkə nəsə deyildi.

 

- Səfərdə çıxış edəcəyiniz üçün yəqin ki, əsasən əks-hücumlara üstünlük verəcəksiz. Bu taktikanı sizin üçün bir şans saymaq olar?

- Belə olanda çalışıram həm müdafiəyə kömək edim, həm də hücum zamanı komanda yoldaşlarıma dəstək verim. Mənim üçün hansı taktikada çıxış etməyin fərqi yoxdu. Əsas odu ki, komandamı irəli aparım. Yəni xüsusi bir sistemlə oynamıram. İstənilən taktikada komandama kömək etməyə çalışıram.

 

Ruslan SADIQOV / Krasnodar

 

0