[b]Emin Imaməliyevə 1 matçlıq “istirahət”[/b]
04.04.2018 - 15:00
AFFA-nın İntizam Komitəsi Azərbaycan millisinin sabiq futbolçusu Emin İmaməliyevi cəzalandırıb. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin əvəzedicilərinin baş məşqçisinə 1 oyunluq cəza verilib.
Baş məşqçinin “istirahət”inə onun XXI turun “Qəbələ” – “Sumqayıt” matçındakı hərəkəti səbəb olub. Texniki zona qaydalarını pozan İmaməliyevin cəzalanması ilə yanaşı, klubu da 400 manat cərimələnib.
Bu görüşdə 4 futbolçusu sarı vərəqə alan qonaqlar da cərimə ödəməli olacaq. “Sumqayıt” 400 manat ziyana düşüb.
0
0