[b]Evra İngiltərə klubuna keçir[/b]
07.02.2018 - 18:15
Fransalı futbolçu Patris Evra karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, hazırda azad agent statusu daşıyan müdafiəçinin xidmətində “Vest Hem” maraqlıdı.
Premyer Liqa təmsilçisi Evra ilə müqavilə bağlamaq niyyətindədi. 36 yaşlı futbolçunun bu gün tibbi baxışdan keçəcəyi və “Vest Hem”lə rəsmi sözləşmə imzalayacağı bildirilir.
Qeyd edək ki, Fransa millisinin sabiq üzvünün son iş yeri “Marsel” olub. Evra bu klubdan azarkeşi vurduğu üçün uzaqlaşdırılıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0