AÇ-2016-da uğursuz çıxışdan sonra Belçika milli komandasına yeni baş məşqçi axtarılır. Apasport.az saytının məlumatına görə, Mark Vilmotsun istefaya göndərilməsindən sonra boş qalan postun yeni sahibi qeyri-adi yolla müəyyənləşəcək.
Belə ki, bu ölkənin futbol federasiyası baş məşqçi axtarışı ilə bağlı elan verib. Qurumun rəsmi saytına yeni çalışdırıcı üçün tələblər də yazılıb. Həmin tələblərə uyğun gələn mütəxəssislər federasiyaya ərizə ilə müraciət etməlidi. Namizədlərin qəbulu üçün son tarix iyulun 31-di.
Qeyd edək ki, Vilmotsun istefasından sonra bu posta hollandiyalı Lui van Qalın gətiriləcəyi gözlənilirdi.