"İlk oyunda ispanlara qarşı yaxşı nəticə əldə etmişdik. Bu, inamımızı artırmışdı və davamını gətirməyə çalışdıq". Apasport.az saytının məlumatına görə, bu sözlər futzal üzrə Fransa millisinin baş məşqçisi Pyerr Jakeyə məxsusdu.
Sloveniyanın Lyublyana şəhərində təşkil edilən Avropa çempionatının ilk oyununda İspaniya ilə qollu bərabərə qalan (4:4) fransızlar ikinci matçda Azərbaycan yığmasına yeniliblər - 3:5.
Jake iki gün sonra keçiriləcək Azərbaycan - İspaniya qarşılaşmasında komandamıza azarkeşlik edəcəklərini gizlətməyib: “Bu gün səhvlərə yol verdik və istədiyimizi reallaşdırmağı bacarmadıq. Bizim üçün mübarizə hələ başa çatmayıb. İspaniya – Azərbaycan oyununun nəticəsini gözləyəcəyik. Bir tərəfdə dünyanın ən yaxşı komandası olan İspaniya, digər yanda Avropanın ən güclü hücum xəttinə malik Azərbaycan millisi yer alacaq. Ümidimizi üzməmişik. Bu nəticəyə baxmayaraq, oyunçularımla fəxr edirəm”.
Qeyd edək ki, D qrupunun Azərbaycanla İspaniya arasında son görüşü fevralın 4-də baş tutacaq.
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”