Fransa təmsilçisi “Lion” növbəti dəfə qalmaqalla gündəmə gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ölkə çempionatının XXXIII turunda “Bastiya”nın qonağı olan “uşaqlar”ın matçı yarımçıq qalıb.
Buna səbəb meydan sahibi azarkeşlərinin qonaq komandanın futbolçularını döymələridi. Hələ qarşılaşmadan öncəki isinmə hərəkətləri zamanı 50-yə yaxın “Bastiya” azarkeşi meydana daxil olaraq, “Lion” futbolçularına hücum çəkib. Yalnız asayiş keşikçilərinin müdaxiləsindən sonra oyunçular meydanı tərk edə biliblər.
İlk hissəsi 0:0 hesabı ilə başa çatan görüşün fasiləsində isə stadion işçilərindən biri ilə məşq edən “Lion”lu futbolçunun sözü “çəpləşib”. Nəticədə tərəflər əlbəyaxa olublar və bundan yararlanan fanatlar növbəti dəfə meydana giriblər. Baş hakim Amauri Delerue isə matçı yarımçıq dayandırmaq qərarına gəlib.
Fransa Peşəkar Futbol Liqasının İntizam Komitəsi məsələ ilə bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, ötən həftə Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən “Lion” – “Beşiktaş” matçından əvvəl yerli azarkeşlər meydana axın etmişdilər ki, bu, görüşün 45 dəqiqə gec başlamasına səbəb olmuşdu.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu