[b]Fyodor Smolov: Elə düşündüm ki...[/b]
02.10.2015 - 09:07
[b]Fyodor Smolov: Elə düşündüm ki...[/b]

“Oyundan əvvəl baş məşqçimizlə danışmışdıq ki, mən meydana sonradan daxil olum. Meydana çıxanda yeganə tapşırığım qol vurmaq idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Krasnodar” klubunun futbolçusu Fyodor Smolov deyib.

 

Təcrübəli hücumçu sonradan meydana daxil olduğu qarşılaşmada vurduğu qolla komandasına 2:1 hesablı qələbə qazandırıb. O, matçdan sonra qələbənin çətinliyindən danışıb: “Şadam ki, bunu bacardım və belə vacib qələbəni əldə etdik. Avropa Liqası və Çempionlar Liqası matçlarında zəif rəqib olmur. Kənardan belə görünürdü ki, matçın əvvəli bizim tərəfimizdədi. Mən də elə düşündüm ki, qarşılaşmanı inamla qələbəyə daşıyacağıq. Lakin görüş əsəbi sonluqla alındı. Əsas qələbə idi ki, buna da nail olduq”.