[b]Gözlər “Qarabağ”la “Beşiktaş”da, nəhənglər Barselona savaşında[/b]
11.09.2017 - 12:34
[b]Gözlər “Qarabağ”la “Beşiktaş”da, nəhənglər Barselona savaşında[/b]

Sabah Çempionlar Liqasında qrup mərhələsi start götürəcək. Apasport.az saytının məlumatına görə, Avropanın 32 ən güclü komandası qitənin ən nüfuzlu klub turnirində mübarizəyə başlayacaq.

 

8 qrupda çıxış edəcək iştirakçılar iki gün ərzində ilk turun qarşılaşmalarında üz-üzə gələcək. Sabah A, B, C və D qruplarında ertəsi gün isə digər “dördlük”lərdə mübarizə start götürəcək.

 

İlk turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 22:45-də başladığından qrup mərhələsi eyni anda 8 stadionda start götürəcək. Burada təmsil olunan 17 ölkədən 7-si ilk matç günündə qarşılaşmalara ev sahibliyi edəcək.

 

Sabah yalnız İngiltərədə iki oyun baş tutacaq. Bunlardan biri Azərbaycan çempionu “Qarabağ”ın iştirakı ilə keçiriləcək. Təmsilçimiz debütdə “Çelsi” ilə üz-üzə gələcək. Eyni vaxtda “Mançester Yunayted” “Bazel”i sınağa çəkəcək.

 

“Qarabağ”ın yer aldığı C qrupunun digər matçında “Atletiko” ilə “Roma” görüşəcək. Proqnozlara görə ikinci yerə iddia edəcək bu komandalar vacib xallar üçün mübarizə aparacaq.

 

Günün mərkəzi oyunu isə D qrupunda keçiriləcək. “Barselona” və “Yuventus” nəhənglərin savaşında münasibətlərini aydınlaşdıracaq. Əslində, bu cütü turun matçı da hesab etmək olar.

 

Çünki ikinci oyun günündə baş tutacaq maraqlı qarşılaşmalar da Barselonadakı qədər diqqət çəkmir. Hərçənd “Liverpul”la “Sevilya”, “Tottenhem”lə “Borussiya” arasında görüşlər azarkeşlər tərəfindən maraqla gözlənilir.

 

Azərbaycanda da yetərincə azarkeşi olan Türkiyənin buradakı yeganə təmsilçisi “Beşiktaş” da turun ikinci günü meydana çıxacaq. İstanbul klubu Portuqaliyada “Porto”nun qonağı olacaq.

 

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

 

12 sentyabr

 

A qrupu

22:45. “Benfika” (Portuqaliya) – MOİK (Rusiya)

22:45. “Mançester Yunayted” (İngiltərə) – “Bazel” (İsveçrə)

 

B qrupu

22:45. “Bavariya” (Almaniya) - “Anderlext” (Belçika)

22:45. “Seltik” (Şotlandiya) – PSJ (Fransa)

 

C qrupu

22:45. “Çelsi” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)

22:45. “Roma” (İtaliya) – “Atletiko” (İspaniya)

 

D qrupu

22:45. “Barselona” (İspaniya) – “Yuventus” (İtaliya)

22:45. “Olimpiakos” (Yunanıstan) – “Sportinq” (Portuqaliya)

 

13 sentyabr

 

E qrupu

22:45. “Maribor” (Sloveniya) – “Spartak” (Rusiya)

22:45. “Liverpul” (İngiltərə) – “Sevilya” (İspaniya)

 

F qrupu

22:45. “Feyenord” (Hollandiya) – “Mançester Siti” (İngiltərə)

22:45. “Şaxtyor” (Ukrayna) – “Napoli” (İtaliya)

 

G qrupu

22:45. “Leypsiq” (Almaniya) – “Monako” (Fransa)

22:45. “Porto” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə)

 

H qrupu

22:45. “Real” (İspaniya) – APOEL (Kipr)

22:45. “Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)

 

0