"Tottenhem"in hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasının XXVI turunda "Liverpul"la qarşılaşmada komandasını məğlubiyyətdən xilas edib. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın son saniyələrində penaltidən londonlulara 1 xal qazandıran (2:2) ulduz futbolçu bombardirlər yarışında zirvədəki yerini qoruyub.
Cari mövsümdə aktivindəki qolların sayını 22-yə yüksəldən Keyn ümumilikdə isə Premyer Liqada 100-cü topunu vurub. O, bu göstəriciyə 141-ci matçında çatıb.
Keyn Premyer Liqa tarixində 100 qol həddinə ən tez çatan ikinci oyunçu olub. O, bu baxımdan yalnız Alan Şirerdən (124 oyunda) geri qalır.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA