Azərbaycan millisinin futzalçısı Bolinya yığmamızın tarixində Avropa çempionatlarının final mərhələlərində het-trikə imza atan 2-ci oyunçumuz kimi düşüb. Apasport.az saytının məlumatına görə, mərkəz hücumçusu AVRO-2018-in Fransa ilə görüşündə 3 qola imza atıb.
Komandamızın 5:3 hesablı qələbə qazandığı oyunadək futzalçılarımız qitə çempionatlarının həlledici raundunda 1 dəfə het-trikə sevinmişdi. Həmin uğur isə 6 il öncə yaşanıb.
AVRO-2010-dan final mərhələlərinin daimi iştirakçısına çevrilən yığmamız 2012-ci ildə ilk het-trikini gerçəkləşdirib. Xorvatiyada keçirilən yarışda Serbiya ilə fevralın 3-də baş tutan qarşılaşmada Jadder Dantas 3 qolla fərqlənib. Oyunçumuz 11, 23 və 32-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. Lakin millimiz həmin görüşdə 8:9 hesabı ilə uduzub.
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”