Azərbaycan Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətlərinin yarışında Azərbaycan çempionatının mükafatçıları bəlli olub. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, XXVIII turun ilk oyun günündən sonra “Qarabağ” qızıl, “Qəbələ” gümüş medal qazanıb.
Son turadək 3-cü yeri tutması rəsmiləşən “Neftçi” bürünc mükafatçı olub.
İlk dəfə 1997/98 mövsümündə keçirilən və yalnız PFL yaradıldıqdan sonra 2008/09 mövsümündən bərpa olunan yarış 10-cu dəfə təşkil edilib. İndiyədək yalnız 1 dəfə - 2009/10 mövsümündə çempion olan “Qarabağ” tarixində 2-ci dəfə qızıl medallara yiyələnib. Lakin bu dəfəki çempionluq həm də əsas komandanın uğuru ilə üst-üstə düşüb. Belə ki, “Qarabağ” həm Premyer Liqa, həm əvəzedicilərin yarışında ən yaxşı olub. Bunadək tarixdə yalnız bir dəfə - 2011/12 mövsümündə belə hal yaşanmış, “Neftçi” həm əsas, həm əvəzedicilərlə 1-ci olmuşdu. Ümumilikdə isə “Qarabağ” 2-si qızıl, 2-si gümüş olmaqla 4-cü mükafatını əldə edib.
Ötən mövsümün çempionu “Qəbələ” 3-cü dəfə gümüşə yiyələnib. 2 bürüncü də olan “qırmızı-qaralar” ümumilikdə 6-cı dəfə mükafatçılar sırasında yer alıb.
6-cı dəfə “üçlük”də qərarlaşan “Neftçi” 3-cü dəfə bürünc medala yiyələnib. Bakılıların 2 qızıl və 1 gümüş mükafatı da var.
Əvəzedicilərin çempionatının mükafatçıları
mövsüm |
çempion |
II yer |
III yer |
1997/98 |
OİK (Bakı) |
Neftçi (Bakı) |
Kəpəz (Gəncə) |
2008/09 |
Neftçi (Bakı) |
Qarabağ (Ağdam) |
Bakı |
2009/10 |
Qarabağ (Ağdam) |
İnter (Bakı) |
Qəbələ |
2010/11 |
Bakı |
Turan (Tovuz) |
Qəbələ |
2011/12 |
Neftçi (Bakı) |
Qəbələ |
İnter (Bakı) |
2012/12 |
Bakı |
Simurq (Zaqatala) |
Neftçi (Bakı) |
2013/14 |
İnter (Bakı) |
Qəbələ |
Simurq (Zaqatala) |
2014/15 |
İnter (Bakı) |
Simurq (Zaqatala) |
Neftçi (Bakı) |
2015/16 |
Qəbələ |
Qarabağ (Ağdam) |
Sumqayıt |
2016/17 |
Qarabağ (Ağdam) |
Qəbələ |
Neftçi (Bakı) |