[b]İlk finalçı müəyyənləşdi[/b]
08.02.2018 - 10:20
[b]İlk finalçı müəyyənləşdi[/b]

İspaniya Kral Kubokunda ilk finalçının adı bəlli olub. Apasport.az saytı xəbər verir ki, həlledici görüşdə oynamaq hüququna “Sevilya” yiyələnib.

 

Yarımfinal mərhələsinin ilk görüşləri çərçivəsində “Leqanes”lə 1:1 hesablı heç-heçə edən əndəluslular öz meydanlarındakı cavab matçında 2:0 hesablı qələbə qazanıblar. “Sevilya”nın qollarına 15-ci dəqiqədə Xoakin Korrea, 89-cu dəqiqədə isə Franko Vaskes imza atıblar.

 

Digər finalçının adına isə bu gecə aydınlıq gələcək. “Barselona” “Nou Kamp”da 1:0 hesabı ilə üstələdiyi “Valensiya” ilə bu dəfə səfərdə qarşılaşacaq.

 

Qeyd edək ki, “Valensiya” – “Barselona” matçı Bakı vaxtı ilə saat 00:30-da start götürəcək.