[b]İlk yarımfinalçı - "Beşiktaş"[/b]
06.02.2018 - 23:30
[b]İlk yarımfinalçı - "Beşiktaş"[/b]

Türkiyə kubokunda ilk yarımfinalçı müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Gənclərbirliyi"nin qonağı olan "Beşiktaş" 1:0 hesablı qələbə qazanıb.

 

Oyunda yeganə qolu 25-ci dəqiqədə Mustafa Pektemek vurub.

 

"Gənclərbirliyi"nin üzvü, Azərbaycan yığmasının futbolçusu Dəniz Yılmaz bu görüşdə iştirak etməyib. Zədəli olduğu üçün onun adı matçın iştirak ərizəsinə salınmayıb.

 

Qeyd edək ki, bu komandaların ilk oyununda da "Beşiktaş" qələbəyə sevinmişdi. Dəniz Yılmazın fərqləndiyi həmin qarşılaşmada komandası "qara qartal"a 1:3 hesabı ilə uduzmuşdu.