[b]Azərbaycan millisini nümunə göstərdi[/b]
09.01.2018 - 16:07
[b]Azərbaycan millisini nümunə göstərdi[/b]

“Qazaxıstanda futbol qalıcı prinsiplə inkişaf edir. Orda yeni bir şey yoxdu”. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, bunu “Torpedo” klubunun vitse-prezidenti Boris İqnatev deyib.

 

78 yaşlı mütəxəssis həmkarı Aleksandr Borodyukun Qazaxıstan millisinin baş məşqçisi postundan ayrılmasını şərh edib.

 

Bu addımı düzgün hesab edən İqnatev Azərbaycan yığmasını da nümunə göstərib: “Aleksandr Qazaxıstanda pis çalışmadı. Ondan əvvəlkilər də insanlara möcüzə göstərmədilər. Mövcud vəziyyət baş verən proseslərin əksini göstərir. Borodyukun orda daim inkişaf edən dünya futbolu ilə rəqabət aparması çətin idi. Bu cür nümunələr çoxdu. Berti Foqts və Robert Prosineçkinin Azərbaycan millisindəki işini xatırlamaq olar. Onlar da heç nə edə bilmədilər. Belə komandalarla nəyisə dəyişmək çox çətindi. Əldə lazımi qədər material olmur. Borodyuk da taleyi sınamamaq qərarına gəldi və vicdanla hərəkət etdi. Onun özünə yeni iş yeri tapacağını düşünürəm”.

 

Qeyd edək ki, Boris İqnatev məşqçi karyerası ərzində ölkəsi Rusiya ilə yanaşı, Ukrayna, Çin, Səudiyyə Ərəbistanı, İraq və Birləşmiş Ərəb Əmirliklərində çalışıb.

0