[b]İspaniya klubu Zedorfa tapşırıldı[/b]
05.02.2018 - 10:17
“Deportivo” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytı “Marca”ya istinadən xəbər verir ki, İspaniya təmsilçisi bu posta Klarens Zedorfu gətirib.
Təyinatın bu gün rəsmən açıqlanacağı bildirilir. Zedorfun qarşısına komandanın La Liqadakı yerini qorumaq tapşırığı qoyulub. O, “Deportivo”nun baş məşqçisi vəzifəsində Kristobal Parralonu əvəzləyib.
42 yaşlı Zedorf məşqçilik karyerasında “Milan” və “Şenjen” klublarına rəhbərlik edib.
Qeyd edək ki, La Liqada hazırda təhlükəli zonada qərarlaşan "Deportivo" 17 xalla 18-ci yeri tutur.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0