[b]İspaniyalı futbolçu meydanda öldü[/b]
04.02.2018 - 16:53
İspaniya futbolunda faciə baş verib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 14 yaşlı futbolçu Naço Barbera oyun zamanı dünyasını dəyişib.
"Alsir" klubunun yeniyetmə oyunçusunun 13-14 yaşlılar arasında keçirilən çempionat matçının gedişində ürəyi dayanıb. Dərhal xəstəxanaya aparılan Naçonu həkimlər xilas etməyi bacarmayıblar. Kapitanın ölümü ilə əlaqədar klubun bütün komandalarının növbəti oyunları təxirə salınıb.
Qeyd edək ki, Valensiya şəhərini təmsil edən "Alsir" 1946-cı ildən fəaliyyət göstərir.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0