Azərbaycan milli komandasının Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda İtaliya ilə oyunu maraqlı hadisə ilə yadda qalacaq. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qonaqlar Dünya Kubokunu Azərbaycana gətirəcəklər.
Belə ki, azarkeşlər İtaliya ilə oyun günü Olimpiya Stadionunda nümayiş etdiriləcək planetin əsas futbol kuboku ilə şəkil çəkdirmək imkanı əldə edəcəklər.
AFFA-nın baş katibi Elxan Məmmədov Dünya Kubokunun Azərbaycana gətirilməsi səbəbini açıqlayıb: “AFFA Azərbaycanda İtaliya milli komandasının çoxsaylı azarkeş ordusunun olmasını, eləcə də yeni – Bakı Olimpiya Stadionunda futbol açılışının əzəmətini nəzərə alaraq, fanatlara sürpriz etməyi qərara aldı.
İtaliya Futbol Federasiyası ilə danışıqlardan sonra İtaliya milli komandasının Dünya Kubokunu Azərbaycana gətirməsi üçün razılıq əldə olundu. Bu hadisə ölkəmizdə futbol həvəskarları üçün bir hədiyyə olacaq”.
Qeyd edək ki, Azərbaycan – İtaliya oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək ilk rəsmi matçdı.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA