[b]Kapitan “40”a çatır[/b]
05.02.2018 - 18:18
[b]Kapitan “40”a çatır[/b]

Futzal üzrə AVRO-2018-in 1/4 final mərhələsi Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 39 yaşlı futzalçı qitə çempionatlarında yubiley matçına çıxacaq.

 

Sabah keçiriləcək Portuqaliya ilə görüş Rizvan üçün 40-cı belə oyun olacaq. Yığmamızın kapitanı indiyədək seçmə və final mərhələlərində üst-üstə 39 qarşılaşmaya çıxıb və 6 qol vurub.

 

Qeyd edək ki, Fərzəliyev Avropa çempionatlarında ilk oyununu 2000-ci ildə keçirib. Oktyabrın 26-da baş tutan Azərbaycan – Hollandiya görüşündə (2:4) debüt edən 21 yaşlı oyunçu artıq 18 ildi millinin şərəfini qoruyur.