[b]Konte gedir, Luis Enrike gəlir?[/b]
06.02.2018 - 18:02
[b]Konte gedir, Luis Enrike gəlir?[/b]

“Barselona”nın sabiq baş məşqçisi Luis Enrike “Çelsi”nin “sükanı arxası”na keçə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “zadəganlar”ın hazırkı çalışdırıcısı Antonio Kontenin istefa verməsi gözlənilir.

 

Cari mövsümdə Premyer Liqada qeyri-stabil çıxış italiyalı mütəxəssisin erkən vidasına səbəb ola bilər. XXVI turda “Uotford”a böyükhesablı (1:4) məğlubiyyət isə bardağı daşıyan son damla olub. Britaniya KİV-i hətta bu gün Kontenin istefaya göndəriləcəyini və Luis Enrikenin baş məşqçi təyin olunacağını iddia edib.

 

Antonio Kontenin karyerasını İtaliya millisində davam etdirməsi gözlənilir.