[b]Kurtuanın etirafı: Ürəyim Madriddədi[/b]
07.02.2018 - 00:55
[b]Kurtuanın etirafı: Ürəyim Madriddədi[/b]

"Çelsi"nin qapıçısı Tibo Kurtua maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, belçikalı qolkiper "zadəganlar"la yeni müqavilə imzalamaq məsələsində ailəsinin onun qərarına təsir edəcəyini söyləyib.

 

Kurtua Madridə bağlı olduğunu təsdiqləməklə yanaşı, "Real"dan təklif alacağı halda, bu kluba keçə biləcəyini istisna etməyib: "Çelsi" rəhbərliyi ilə danışıqları fevralda aparmağa razılaşmışdıq. Klubla müqaviləmin müddəti 2019-cu ilə kimi nəzərdə tutulub, heç yerə tələsmirəm. Amma çoxu bilir ki, mən Madridə bağlıyam. Çünki orda iki övladım yaşayır. Onlarla istədiyim qədər ünsiyyət qura bilmirəm. İmkan tapa kimi istirahət günlərində İspaniyaya gedirəm. Bunu etmək heç də asan deyil. Bəli, ürəyim Madriddədi və bu, başadüşüləndi. Əgər "Real" xidmətimdə maraqlı olsa, mövcud vəziyyət qərarıma təsir edə bilər. Ailə əvəzolunmazdı. Lakin yenə deyirəm ki, hazırda "Çelsi" ilə yeni müqavilə məsələsini müzakirə edirəm".