[b]Kuyt məşqçi olmağa qərar verdi[/b]
07.02.2018 - 18:45
[b]Kuyt məşqçi olmağa qərar verdi[/b]

Futbolçu karyerasını bitirən Dirk Kuyt özünü məşqçilikdə sınamaq niyyətindədi. Apasport.az saytı Hollandiya mətbuatına istinadən xəbər verir ki, keçmiş hücumçu bu məqsədlə kurslara qatılıb.

 

Kuyt kateqoriya aldıqdan sonra “Feyenoord”un məşqçilər korpusunda yer alacaq.

 

Qeyd edək ki, “Utrext”, “Feyenoord”, “Liverpul” və “Fənərbaxça” klublarında oynamış Dirk Kuyt karyerasını ötən il bitirib.