Bakı “İnter”i ilə bu günlərdə müqavilə imzalayan Limam Seydinin yeni komandasında neçə nömrəli forma geyinəcəyi bəlli olub. Apasport.az saytına klubdan verilən məlumata görə, fransalı futbolçu bu məsələdə çox düşünməyib.
Rəhbərliyin forma nömrəsi ilə bağlı sualı qarşısında Seydi “9”un boş olub-olmadığını soruşub. Həmin nömrənin sahibsiz olduğunu öyrənəndə isə “Mən 9 nömrəli formanı istəyirəm” cavabını verib.
Seydi “bankirlər”in heyətində məşqlərə də artıq başlayıb. Dünən ilk dəfə paytaxt klubunun məşqinə qatılan təcrübəli forvard komanda yoldaşları ilə yaxından tanış olub.
Qeyd edək ki, Seydi yayda “Xəzər Lənkəran”la birgə Türkiyədə təlim-məşq toplanışı keçsə də, FİFA-nın “ağ-yaşıllar”a tətbiq etdiyi transfer qadağası qüvvədə qaldığı üçün yolunu “İnter”dən salıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı