[b]Luis Suares ən yaxşı seçildi[/b]
24.01.2018 - 18:45
İspaniya La Liqasında dekabr ayının ən yaxşı futbolçusu seçilib. Apasport.az saytı xəbər verir ki, “Barselona”nın hücumçusu Luis Suares bütün rəqiblərini qabaqlayıb.
Ötən ay ölkə çempionatında 4 matçda meydana çıxan uruqvaylı forvard 5 qola imza atıb, həmçinin “Real”la “Santyaqo Bernabeu”dakı qarşılaşmada (3:0) fərqlənib.
Ümumilikdə isə o, cari mövsüm La Liqada 17 görüşdə 15 qol vurub. Suares bombardirlər yarışında yalnız komanda yoldaşı Lionel Messidən (19 qol) geri qalır.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0