Futzal üzrə Avropa çempionatının final mərhələsində mübarizə aparan Azərbaycan millisinin 1/4 finaldakı rəqibi sabah müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, Joze Alesionun yetirmələrinin fevralın 6-da hansı komanda ilə üz-üzə gəlməsi iki oyunun nəticəsindən asılıdı.
Söhbət sabah baş tutacaq C qrupunun Ukrayna – Portuqaliya və D qrupunun Azərbaycan – İspaniya matçlarından gedir. Məhz birinci dueldə meydana çıxacaq komandalardan biri də yığmamıza rəqib olacaq. Bu görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Millimizin İspaniya ilə dueli isə 23:45-də başlayacaq.
Bu iki matçda ümumilikdə 9 nəticə variantı var. Yığmamız qalib gəlsə və ya heç-heçə etsə, yəni uduzmasa qrup mərhələsini 1-ci yerlə adlayacaq. Məğlubiyyət isə komandamızı 2-ci edəcək.
1/4 finalda D qrupunun qaliblərinə rəqib olacaq C qrupunda isə Portuqaliya üstün durumdadı. Pireneylilər uduzmasa 1-ci, məğlubiyyətlə isə 2-ci yeri tutacaq. Ukrayna isə yalnız qələbə ilə 1-ci, bunu bacarmasa isə 2-ci olacaq.
Beləliklə, həm Azərbaycan, həm Portuqaliya uduzmasa, yığmamız 1/4 finalda Ukrayna ilə görüşəcək. Sonuncular qalib gəlsə, millimiz xal qazansa, rəqibimiz güclü Portuqaliya komandası olacaq.
Yığmamız uduzsa, Ukrayna qalib gələ bilməsə, yenə Portuqaliya ilə görüşmək məcburiyyətində qalacağıq. Əgər bizim komanda İspaniyadan zəif olsa, ukraynalılar qələbə qazansa, onda Joze Alesionun yetirmələri sonuncularla üz-üzə gələcək.
Qeyd edək ki, çempionatın bütün oyunları Sloveniyanın paytaxtı Lyublyananın “Stojitse Arena”sında keçirilir.
|
Ukrayna - Portuqaliya |
Azərbaycan - İspaniya |
1/4 final |
|
3 |
3 |
Azərbaycan - Portuqaliya |
|
1 |
3 |
Azərbaycan – Ukrayna |
|
0 |
3 |
Azərbaycan - Ukrayna |
|
3 |
1 |
Azərbaycan - Portuqaliya |
|
1 |
1 |
Azərbaycan – Ukrayna |
|
0 |
1 |
Azərbaycan - Ukrayna |
|
3 |
0 |
Ukrayna - Azərbaycan |
|
1 |
0 |
Portuqaliya - Azərbaycan |
|
0 |
0 |
Portuqaliya - Azərbaycan |
3 – adi 1-ci göstərilən komandanın qələbəsi, 1 – heç-heçə, 0 – adı 2-ci göstərilən komandanın qələbəsi
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA