Azərbaycan millisinin martın 27-də baş tutacaq yoxlama oyununda qarşılaşacağı Makedoniya komandamız üçün uğursuz rəqibdi. Apasport.az saytının məlumatına görə, yığmamız indiyədək heç vaxt bu rəqibə qalib gəlməyib.
Qurban Qurbanovun yetirmələri Türkiyənin Antalya şəhərindəki yoldaşlıq matçında məğlubedilməz rəqibin imicini qırmağa çalışacaq. Belə ki, indiyədək baş tutan 6 görüşdə Makedoniyanı yenmək mümkün olmayıb.
İlk dəfə 2000-ci ildə üz-üzə gəldiyimiz balkanlılar 5 qələbə qazanıb. Bir görüşdə isə heç-heçə qeydə alınıb. Top fərqi də rəqibin aşkar üstünlüyündən xəbər verir – 13:4.
Bu matçlardan 4-ü yoxlama xarakterli olubsa, 2 dəfə dünya çempionatının seçmə mərhələsində qarşılaşmışıq. Məhz həmin iki görüşdən biri bərabərliklə nəticələnib.
27 iyul 2000. Varna. YO. Makedoniya – Azərbaycan – 2:1
6 oktyabr 2000. Skopye. DÇ. Makedoniya – Azərbaycan – 3:0
5 sentyabr 2001. Bakı. DÇ. Azərbaycan – Makedoniya – 1:1
29 may 2010. Bişofshofen. YO. Makedoniya – Azərbaycan – 3:1
10 avqust 2011. Bakı. YO. Azərbaycan – Makedoniya – 0:1
29 may 2016. Şvadorf (Avstriya). YO. Azərbaycan – Makedoniya – 1:3
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı