[b]Messi ikinci dəfə ata oldu[/b]
11.09.2015 - 15:34
“Barselona”nın ulduz futbolçusu Lionel Messi ikinci dəfə ata olub. Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun xanımı Antonella Rokkuzzo bu gün səhər saatlarında ikinci oğlan övladını dünyaya gətirib.
Messinin yeni oğluna hansı adı qoyduğu hələ açıqlanmır. Futbolçu Cənubi Amerikadan geri qayıtsa da, “Barselona”nın bugünkü məşqini buraxmalı olub. O, sabah “Atletiko” ilə keçiriləcək çempionat görüşünə komanda ilə birgə məşq etmədən çıxacaq.
Qeyd edək ki, argentinalı futbolçunun Tiaqo adlı ilk oğlu 2012-ci ildə doğulub.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0