[b]Metropoliten rəhbərliyindən “Qəbələ” azarkeşlərinə jest[/b]
17.09.2015 - 18:11
UEFA Avropa Liqası qrup mərhələsi çərçivəsində bu gün Bakıda Yunanıstanın PAOK klubu ilə qarşılaşacaq “Qəbələ” Bakı Metropoliteninə müraciət ünvanlayıb. Apasport.az saytının məlumatına görə, klub saat 22:00-da start götürəcək qarşılaşmanın gec saatda başa çatacağını nəzərə alaraq Bakı Metropoliteninə bu gün iş rejiminin saat 01:30-dək uzadilması xahişi ilə müraciət edib.
Müraciət Bakı Metropoliteni tərəfindən müsbət cavablandırılıb.
"Qəbələ" İdman Klubu rəsmi saytından yayımladığı xəbərdə bu addıma görə Bakı Metropoliteninə təşəkkür edib.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0