UEFA-nın yeni layihəsi olan Millətlər Liqasında çıxış edəcək Makedoniya millisinin arzulanan və arzuolunmaz rəqibləri bəlli olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ilə eyni – D liqasında çıxış edəcək balkanlılar sabah baş tutacaq püşk öncəsi özləri üçün 2 “üçlük” müəyyənləşdirib.
Birinci “üçlük”də Makedoniyanın arzuladığı rəqiblər yer alıb. Onlar Latviya, Lixtenşteyn və San-Marino ilə bir qrup təşkil etmək niyyətindədilər. Komandanın qorxduğu yığmalar da var. Makedoniyalılar Farer adaları, Moldova və Kosovo ilə yer almaq istəmirlər.
Qeyd edək ki, Azərbaycan milli də Makedoniya kimi I səbətdə yer alıb. Bu üzdən də komandalar qrup mərhələsində qarşılaşa bilməz.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı