Bu gün açıqlanan FİFA reytinqində 105-ci pillədə yer alan Azərbaycan millisi son 13 ayda ən yaxşı göstəricisinə imza atıb. Apasport.az saytının məlumatına görə, yığmamız 2014-cü ilin oktyabrından indiyədək belə yüksək mövqedə qərarlaşmamışdı.
Komandamızın ən güclü 105 milli sırasına düşməsi sonuncu dəfə ötən ilin sentyabrında qeydə alınmışdı. Həmin vaxt planetin 95-cisi olan millimiz ilk “yüzlüy”ü tərk edəndən sonra ən yaxşı halda, 106-cı olmuşdu. 2 ay əvvəlki nəticəsini 1 pillə də yaxşılaşdıran Robert Prosineçkinin yetirmələri fevralda olduğu kimi, yenə 5 addım irəliləyib.
Ümumiyyətlə, yığmamız bu müddətdə 1 dəfə 24, 1 dəfə 7, 2 dəfə 5 pilləlik sıçrayışa nail olub. Son 13 ayda daha iki dəfə isə irəliləyən komandamız həmin vaxt mövqeyini cüzi yaxşılaşdırıb – 1 dəfə 1, 1 dəfə 2 pillə.
Yığmamız son 14 ayda
|
Sentyabr 2014 |
95 |
|
Oktyabr 2014 |
126 |
|
Noyabr 2014 |
135 |
|
Dekabr 2014 |
135 |
|
Yanvar 2015 |
136 |
|
Fevral 2015 |
131 |
|
Mart 2015 |
139 |
|
Aprel2015 |
115 |
|
May 2015 |
116 |
|
İyun 2015 |
115 |
|
İyul 2015 |
108 |
|
Avqust 2015 |
106 |
|
Sentyabr 2015 |
110 |
|
Oktyabr 2015 |
105 |
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı