Hollandiya ikinci liqası – Eerste Diviziyada XXXIV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, U-21 milli komandamızın üzvləri Ziya Əzizov və Ozan Can Kökçünün komandaları növbəti matçalarını keçiriblər.
Əzizovun çıxış etdiyi “Den Boş” “Kambur”u qəbul edib. Ziyanın ehtiyatdan izlədiyi görüş 1:2 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb.
Ozan Canın forma geydiyi “Valveyk” isə “Oss” səfərinə yollanıb. Bu milli üzvü də qələbəyə həsrət qalıb – 1:3. Matça start heyətində başlayan, 90 dəqiqə meydanda olan Kökcü “Valveyk”də qol hesabını da açıb, amma bu, qələbə üçün yetərli olmayıb.
Qeyd edək ki, 34 oyundan sonra aktivində 44 xal olan “Den Boş” turnir cədvəlinin 13-cü, 29 xala malik “Valveyk” isə 19-cu pilləsində qərarlaşıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA