AFFA Azərbaycan millisinə yoldaşlıq görüşü üçün daha rəqib tapıb. Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, yığmamız gələn ay Belarusla üz-üzə gələcək.
Martın 27-də Antalyada Makedoniya ilə qarşılaşacaq Qurban Qurbanovun yetirmələri ondan 4 gün əvvəl Belarusu qəbul edəcək. Bakı Olimpiya Stadionunda baş tutacaq görüş Qurban Qurbanovun yerli publika önündə ilk sınağı olacaq.
Matçın başlama saatı da artıq bəllidi. Belə ki, Azərbaycan – Belarus qarşılaşmasının start fiti martın 23-də saat 20:00-da səslənəcək.
Qeyd edək ki, yığmamız iyunun 9-da səfərdə Latviya ilə yoldaşlıq görüşü keçirəcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA