Milli komandaların FİFA reytinqi ilə bağlı ehtimallar açıqlanıb. Apasport.az saytının məlumatına görə, ilin arxada qalan hissəsində baş tutan azsaylı yoxlama oyunları cədvələ cüzi təsir edəcək.
Bu səbəbdən də siyahıdakı 211 komandadan bəzilərinin mövqeyi dəyişəcək. Ötən ay açıqlanan cədvəllə müqayisədə yaşanan dəyişikliklər Azərbaycan millisinin mövqeyinə də təsir edəcək.
Yanvarda 281 xalla planetin 118-ci olan Qurban Qurbanovun yetirmələrini 1 addımlıq irəliləyiş gözləyir. Düzdü, komandamız Moldova ilə Türkiyədəki yoxlama oyununda qalib gələ bilməyib və qolsuz bərabərlik 6 xal itkisi ilə nəticələnib.
Lakin proqnozlar hesabındakı xallar 275-ə düşən millimizin 117-ci sıraya qalxacağını göstərir. Buna səbəb Qırğızıstanın 21 pillə aşağı yuvarlanmasıdı. Asiyalılar 116-cı yerdən 137-ciyə enəcək.
Millimiz və “qonşular”ı
113 (113). Sent-Kitts və Nevis – 290
114 (113). İordaniya – 286
115 (116). Ruanda – 281
116 (115). Nikaraqua - 278
117 (118). Azərbaycan – 275
118 (124). Sudan – 272
119 (138). Yəmən - 268
120 (119). KXDR - 267
120 (120). Yeni Zelandiya – 267
Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik olmayacaq.
İlk “onluq”
1 (1). Almaniya – 1601
2 (2). Braziliya – 1483
3 (3). Portuqaliya – 1357
4 (4). Argentina – 1348
5 (5). Belçika – 1325
6 (6). İspaniya - 1230
7 (7). Polşa - 1212
8 (8). İsveçrə - 1190
9 (9). Fransa – 1183
10 (10). Çili – 1152
Millimizin yoldaşlıq görüşündə qarşılaşacağı dəqiqləşən Makedoniya 445 xalla 74-cü olacaq. Balkanlıları 1 pilləlik geriləmə gözləyir.
Millətlər Liqasındakı rəqiblərimizdən Farer adaları 1 pillə irəliləyəcək, Malta eyni qədər geriləyəcək. Kosovonu isə 3 addımlıq inkişaf gözləyir.
Yığmamızın Millətlər Liqasındakı rəqibləri
96 (97). Farer adaları – 363
175 (178). Kosovo - 97
186 (185). Malta – 65
Qonşu Türkiyə yığması 2 pillə irəliləyəcək. “Ay-ulduzlular”ın 735 xalla 49-cu olması gözlənilir.
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”