[b]Millimizdən 1 pilləlik irəliləyiş[/b]
05.05.2016 - 11:58
[b]Millimizdən 1 pilləlik irəliləyiş[/b]

Bu gün milli komandaların növbəti FİFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda dünyanın 209 yığması yer alıb.

 

Sonuncu dəfə aprelin 7-də dərc olunan cədvəldən sonrakı 28 gündə yığma səviyyəsində qarşılaşmaların demək olar ki, yox dərəcəsində olması üzündən siyahıda dəyişikliklər az olub. Bu dəyişikliklər Azərbaycan millisindən də yan ötməyib.

 

Xal hesabı dəyişməsə də, yığmamız bir pillə irəliləyib. Belə ki, heç bir matça çıxmayan Robert Prosineçkinin yetirmələri 269 xalla 133-cü pillədə qərarlaşıb. Ötən ay 134-cü olan komandamızın bu irəliləyişinin səbəbi Küveytin 14 pillə geriləməsidi. Asiyalılar 126-cı yerdən 140-cı pilləyə yuvarlanıb. Yığmamız 28 gün əvvəl olduğu kimi yenə mövqeyini Svazilendlə bölüşür.

 

Dünyanın 14-cü “onluğ”u

130 (131). Fələstin – 271

130 (132). Bəhreyn – 271

132 (133). Qayana - 270

133 (134). AZƏRBAYCAN – 269

133 (134). Svazilend - 269

135 (136). Namibiya – 267

136 (137). Aruba – 259

137 (138). Madaqaskar – 257

138 (139). Litva – 254

139 (140). Sent-Lusiya – 247

140 (126). Küveyt - 244

 

Dünyanın ən güclü 10 komandasının mövqeyində də heç bir dəyişiklik olmayıb. 3 yığma – Belçika, Çili və Braziliya xal hesabını artırsa da, irəliləyə bilməyib.

 

İlk “onluq”

1 (1). Argentina – 1532

2 (2). Belçika – 1364

3 (3). Çili – 1353

4 (4). Kolumbiya – 1337

5 (5). Almaniya – 1309

6 (6). İspaniya - 1277

7 (7). Braziliya – 1261

8 (8). Portuqaliya – 1184

9 (9). Uruqvay - 1158

10 (10). İngiltərə - 1069

 

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də mövqeyi dəyişməz qalıb. Onların xal hesabında da dəyişiklik qeydə alınmayıb.

 

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

5 (5). Almaniya – 1309

26 (26). Şimali İrlandiya - 825

29 (29). Çexiya - 810

49 (49). Norveç - 605

200 (200). San-Marino – 20

 

Avstriyada keçiriləcək toplanış zamanı baş tutacaq yoxlama oyunlarındakı rəqiblərimizdən Kanada 357 xalla 95-ci, Makedoniya 235 xalla 141-ci, Andorra 5 xalla 202-ci yerdə qalıb.

 

Qeyd edək ki, qonşu Türkiyə yığması 13-cü yerdə qərarlaşıb. Mövqeyi dəyişməyən “ay-ulduzlular” 983 xala malikdi.

 

0