Futzal üzrə AVRO-2018-in 1/4 final mərhələsinin Portuqaliya – Azərbaycan oyunu tarixi hadisə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Pireney təmsilçisinin 8:1 hesablı qələbəsinə 4 qolla töhfə verən Rikardinyo Avropa çempionatları tarixinə düşüb.
O, yarışın final mərhələlərində ən çox qol vuran futzalçı adına yiyıələnib. Belə ki, Rikardinyo həlledici raundlardakı qol sayını 21-ə çatdırıb.
AVRO-2018-ə qədər 15 qol vuran hücumçu Sloveniyadakı turnirdə 6 dəfə fərqlənib. Rikardinyo 21-ci qolu vurmaqla Rusiya millisinin əfsanəsi Konstantin Yeryomenkonu arxada qoyub. Şimallı futbolçu final mərhələlərində 20 qol vurub.
Qeyd edək ki, siyahıda 3-cü pillədə qərarlaşan ispaniyalı Daniel 16 qol vurub.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA