[b]Mirça Rednik “apasport”a danışdı: Hələ burdayam[/b]
10.04.2014 - 12:32
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednikin hazırda çalışdığı Belçikanın “Gent” klubundan kənarlaşdırılması ilə bağlı yayılan xəbərlər təsdiqlənməyib. Bu barədə apasport.az sayına rumıniyalı mütəxəssisin özü məlumat verib. O bildirib ki, haqqında yayılan məlumat əsassızdır: “Mən “Gent”i tərk etməmişəm. Bu klubla müqaviləm var. Hələ burdayam. Bu xəbərlərin haradan qaynaqlandığı haqqında məlumatım yoxdur. Hazırda komandamla növbəti oyunlara hazırlaşırıq. Qarşıda kubok oyunumuz var”.
0
0