[b]Mövsümün ilk istefası rəsmiləşdi[/b]
08.10.2015 - 16:03
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədovun istefası rəsmiləşib. Apasport.az saytının məlumatına görə, üç gün əvvəl istefa verən çalışdırıcı ilə bağlı qərar Müşahidə Şurasının bu gün keçirilən iclasında qəbul olunub.
İclasda yeni baş məşqçi vəzifəsinə namizədlərin müzakirəsi və seçilməsi də gerçəkləşib. 2015/16 mövsümünün sonuna qədər komandanın Samir Abasova həvalə edilməsi qərara alınıb. Gənc çalışdırıcıya yeni məşqçilər korpusunun formalaşadırılması tapşırığı verilib.
Qeyd edək ki, Məmmədov 2015/16 mövsümündə Premyer Liqada istefa verən ilk baş məşqçidi.
0
0