[b]Nazarov məğlubiyyəti kənardan izlədi[/b]
02.02.2018 - 23:38
Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Aue" Almaniya çempionatında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, komanda II Bundesliqanın XXI turunda "Nürnberq"in qonağı olub.
Təhlükəli zonada yer alan "Aue" liderlər qrupunda qərarlaşan "Nürnberq"ə müqavimət göstərə bilməyib və nəticədə böyükhesablı məğlubiyyətə düçar olub - 1:4. Matça ehtiyat oyunçular skamyasından başlayan yığmamızın üzvünə məşqçilər korpusu ehtiyac duymayıb.
Qeyd edək ki, hazırda aktivində 23 xal olan "Aue" 18 komanda arasında 15-ci pillədə qərarlaşır.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0