UEFA Avropa Liqasında qrup mərhələsinin III turunun simvolik komandasını müəyyənləşdirib. Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, heyətə bu turnirdəki təmsilçilərimiz “Qarabağ” və “Qəbələ”dən heç kimin adı düşməyib.
PAOK üzərində (2:0) qələbə qazanmasına baxmayaraq, simvolik komandada təmsil olunmayan “Qarabağ”ın rəqiblərindən olan “Fiorentina”dan bir nəfər UEFA-nın diqqətini çəkib. Belə ki, “Slovan”la səfər qarşılaşmasında dubl edərək Florensiya klubunun (3:1) qələbəsinə töhfə verən Nikola Kaliniç ən yaxşı hücumçulardan biri göstərilib.
Qrup mərhələsində III turun simvolik heyəti:
Qapıçı: Samir Handanoviç (“İnter”)
Müdafiəçilər: Terense Konqolo (“Feyenord”), Dante (“Nitsa”), Yakub Brabek (“Genk”)
Yarımmüdafiəçilər: Yevgeni Konoplyanka (“Şalke”), Juliano (“Zenit”), Pol Poqba (“Mançester Yunayted), Marlos Bonfim (“Şaxtyor”, Donetsk)
Hücumçular: Nikola Kaliniç (“Fiorentina”), Jillom Oaru (“Yanq Boyz”), Raul Rusesku (“Osmanlıspor”).
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI