PSJ-nin hücumçusu Neymar daha bir klubun maraq dairəsinə düşüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Real”dan sonra “Mançester Yunayted” də ulduz futbolçunu transfer etmək niyyətindədi.
Belə ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyo rəhbərliklə görüşərək, Neymarın transfer edilməsini tələb edib. Portuqaliyalı mütəxəssis yeni transfer edilən Aleksis Sançeslə braziliyalının hücum xəttində uğurlu tandem təşkil edəcəyini düşünür.
PSJ-dən ayrılmaq niyyətində olan 26 yaşlı futbolçu özü də İngiltərəyə köçməyin əleyhinə deyil. Lakin o, daha çox “Real”ın formasını geyinməkdə maraqlıdı.
Qeyd edək ki, Neymar PSJ-yə bu mövsümün əvvəlində 222 milyon avro qarşılığında “Barselona”dan keçib.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu