[b]Neymar yenə zədələndi[/b]
21.01.2018 - 11:59
PSJ ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, parislilər Fransa çempionatının 22-ci turunun "Lion"la səfər oyununa ciddi itki ilə çıxacaq.
Belə ki, paytaxt klubunun lideri Neymar vacib görüşdə oynaya bilməyəcək. Budundan zədə alan braziliyalı hücumçunun adı iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, bir həftə əvvəl qabırğasındakı zədəyə görə "Nant"la matçı buraxan Neymar çərşənbə günü "Dijon"la kubok oyununda (8:0) poker etməklə yanaşı, 2 məhsuldar ötürmə ilə yadda qalmışdı.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0