“Neftçi” klubunun keçmiş hücumçusu Nikolas Kanalesin karyerasını Rusiya çempionatında davam etdirəcəyi dəqiqləşib. Apasport.az saytı xəbər verir ki, Premyer Liqa təmsilçisi “Krılya Sovetov” çilili hücumçunun transferini tam həll edib.
Rusiya Futbol İttifaqı Samara təmsilçisinə Kanalesin və digər yeni transfer Georgi Loriyanın adlarını çempionatın sifariş ərizəsinə daxil etməsinə razılıq verib.
Rusiyada yay “transfer pəncərəsi” avqustun 31-dən sentyabrın 1-nə keçən gecə bağlanıb. Kanalesin keçidi gec rəsmiləşsə də, məlum olub ki, “Krılya Sovetov” klubunun rəhbərliyi ona görə tələb olunan sənədləri vaxtında RFİ-yə təqdim edib.
Qeyd edək ki, Kanales ötən mövsüm “Neftçi”nin heyətində Azərbaycan çempionatında 28 oyunda 11 qola imza atıb.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu