“Barselona”nın hücumçusu Osman Dembele klubunu 5 milyon avroluq xərcdən xilas edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, bunu az oynamaqla bacarıb.
Məsələ burasındadı ki, “Barselona” mövsümün əvvəlində 105 milyon avroya Dortmund “Borussiya”sından transfer etdiyi fransalı forvard üçün əlavə 40 milyon avro bonus da boyun olmuşdu. Şərtlərdən biri də onun ilk mövsümündə ən azı 25 oyun keçirməsi idi. Belə ki, fransalı bu sayı keçəcəyi təqdirdə “Borussiya” daha 5 milyon avro qazanacaqdı.
Lakin ard-arda zədələr Dembelenin yeni komandasında nadir hallarda meydana çıxmasına səbəb olub. Hələ də zədədən əziyyət çəkən ulduz futbolçu mövsümün qalan hissəsində bütün qarşılaşmalarda iştirak etsə belə, 25 oyunluq saya çata bilməyəcək. Bu səbəbdən “Borussiya” 40 milyon avroluq bonus pulundan 5 milyonunu artıq unuda bilər.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA