[b]Paşayev 90 dəqiqə oynadı, komandası xal itirdi[/b]
15.04.2018 - 19:17
Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” Ukrayna Premyer Liqasında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, komanda XXVII turda “Olimpik Donetsk”lə qarşılaşıb.
Elitada qalmaq uğrunda mübarizə aparan ikinci “altılıq”da yer alan “Aleksandriya” 0:0 hesablı bərabərliklə ayrılıb. Matça start heyətində çıxan Paşayev 90 dəqiqəni əvəz edilmədən keçirib.
Qeyd edək ki, “Aleksandriya” 30 xalla ikinci “altılıq”da 2-ci pillədə qərarlaşıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0