“Kəpəz” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət ünvanlayaraq, Azərbaycan Premyer Liqasının VI turunun “Kəpəz” – “Səbail” görüşünün yerinin dəyişdirilməsini xahiş edib. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, Gəncə şəhər stadionunda təmir işlərinin getdiyini və “Səbail” klubunun razılıq məktubunu nəzərə alan qurum qarşı tərəfin istəyini yerinə yetirib.
Nəticədə “Kəpəz” – “Səbail” matçının sentyabrın 23-də “Dalğa Arena”da keçirilməsi qərara alınıb.
VI turda meydan sahibi kimi “Səbail”, bu komandaların iştirakı ilə ikinci dövrənin matçında isə meydan sahibi kimi “Kəpəz” təsdiq edilib.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA