“Barselona”nın müdafiəçisi Xerard Pike cəzalandırıla bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb onu “Espanyol”la qarşılaşmadakı davranışıdı.
Belə ki, “Espanyol” rəhbərliyi La Liqanın XXII turunda Kataloniya derbisində Pikenin azarkeşlərə tərəf jestini qınayıb və buna görə şikayət edib. Məsələyə İspaniya Futbol Federasiyasının Nizam-İntizam Komitəsində baxılacaq. Əgər bu, idmançıya yaraşmayan hərəkət kimi qəbul olunarsa, “Barsa”nın üzvü 1 oyundan 3 oyuna qədər diskvalifikasiyaya məruz qalacaq.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan “Espanyol” – “Barselona” görüşündə qonaqların qoluna məhz Xerard Pike imza atıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA