[b]Prinsipial rəqiblərin növbəti dueli, Diniyevlər üz-üzə[/b]
18.09.2015 - 15:23
[b]Prinsipial rəqiblərin növbəti dueli, Diniyevlər üz-üzə[/b]

Sabah Topaz Premyer Liqasında V turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, bu turun görüşləri 3 gün ərzində keçiriləcək.

 

Şənbə günü 2 qarşılaşma baş tutacaq. Bu mövsüm keçirdiyi hər 4 oyunda məğlubiyyətlə üzləşən AZAL öz meydanında turnir cədvəlinin ikincisi “İnter”lə üz-üzə gələcək. “Təyyarəçilər” “qara zolaq”dan çıxmaq üçün bu matçda xal və ya xallar qazanmalıdılar. Təbii ki, hazırda yaxşı günlərini yaşamayan AZAL-ın “İnter”ə qalib gələcəyi o qədər də inandırıcı görünmür. Heyətinə görə “bankirlər” oyunun favoritidilər. Ancaq AZAL da meydana asan təslim olmaq üçün çıxmayacaq.

 

Premyer Liqanın debütantı “Zirə” bu tur “Rəvan”ı qəbul edəcək. Yay fasiləsində heyətini xeyli gücləndirən “qartallar” yüksək dəstəyə qapazaltı olmaq üçün çıxmadıqlarını ilk turlarda isbatlaya biliblər. 4 turdan sonra aktivində 6 xal olan “Zirə” hələ məğlubiyyət dadmayıb. Adil Şükürovun yetirmələri “Rəvan”ı əliboş yola salmağa çalışacaqlar. Lakin Emin Quliyevin çalışdırdığı “aslanlar” da bu görüşdən qələbə ilə ayrılmaq niyyətindədilər. Azarkeşlərin gərgin mübarizə şəraitində keçəcəyi oyun izləyəcəklərini təxmin etmək olar.

 

Bazar günü keçiriləcək qarşılaşmalarda isə əvvəlcə “Kəpəz” və “Qarabağ” komandaları meydana çıxacaq. Məlum məsələdi ki, Gəncədə baş tutacaq qarşılaşmanın favoriti Ağdam klubudu. Son 2 mövsümün çempionu “Qarabağ” cari mövsümə də eyni iddia ilə başlayıb və hazırda turnir cədvəlinə başçılıq edir. Buna baxmayaraq, “Kəpəz”i də hesabdan silmək olmaz. Gəncə təmsilçisi doğma meydan və azarkeş amilinə arxalanıb, “Qarabağ”ı büdrətməyə çalışacaq. Diqqətçəkən məqam odu ki, bu oyunda Diniyevlər rəqib qismində üz-üzə gələ bilərlər. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov şans verəcəyə təqdirdə, Coşqun Diniyev “Kəpəz”də çıxış edən qardaşı Kərim Diniyev və komandanı çalışdıran atası Şahin Diniyevə qarşı mübarizə aparmalı olacaq.

 

Turun mərkəzi qarşılaşması “Neftçi” və “Xəzər Lənkəran” komandaları arasında keçiriləcək. Komandaların cari mövsümdəki iddialarına və zəifləmiş heyətlərinə rəğmən, prinsipial komandaların budəfəki duelinə də maraq az deyil. 4 oyundan 7 xal toplayan “Neftçi” öz meydanında qələbə qazanmağa çalışacaq. Amma FİFA-nın transfer qadağasından canını qurtara bilməyən “Xəzər Lənkəran” da Bakıya qələbə dalınca gələcək. Vaxtilə futbolçu kimi “Böyük oyun”un həyəcanını yaşayan Samir Əliyev baş məşqçi kimi ilk dəfə bu oyuna çıxacaq.

 

Tura bazar ertəsi keçiriləcək “Qəbələ” - “Sumqayıt” matçı ilə yekun vurulacaq. Avropa Liqasının qrup mərhələsinə heç-heçə ilə başlayan “qırmızı-qaralar” bu mövsüm Azərbaycan çempionu olmaq arzusundadılar. Bu mənada, “Qəbələ” “Sumqayıt”la matçda xal itkisinə yol verməməyə çalışacaq. Avropa Liqası üçün sifariş edilməyən yeni transferlər - Ruslan Abışov və Vüqar Nadirov baş məşqçi Roman Qriqorçuk şans verəcəyi təqdirdə, bu görüşdə debüt edə bilərlər. Bu mövsüm hələ ki, qələbə dadmayan “Sumqayıt” isə Qəbələdən sərfəli nəticə ilə qayıtmaq arzusundadı. 

 

Topaz Premyer Liqası

V tur

 

19 sentyabr (şənbə)

21:00. AZAL – “İnter”
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Əhmədov
“Dalğa Arena”


21:00. “Zirə” – “Rəvan”
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Nahid Əliyev, İsgəndər Əliyev
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Ömər Paşayev
Zirə İdman Kompleksinin stadionu
 

20 sentyabr (bazar)

16:30. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elman Musayev, Munis Abdullayev
Gəncə şəhər stadionu


21:00. “Neftçi” – “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mehman Mahmudov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
“Bakcell Arena”
 

21 sentyabr (bazar ertəsi)

21:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Nail Nağıyev 
Qəbələ şəhər stadionu

 

 

1

Qarabağ

4

3

1

0

7-3

10

2

İnter

4

2

1

1

3-3

7

3

Qəbələ

4

2

1

1

6-4

7

4

Neftçi

4

2

1

1

5-3

7

5

Zirə

4

1

3

0

2-1

6

6

Xəzər Lənkəran

4

1

2

1

4-3

5

7

Kəpəz

4

1

2

1

2-2

5

8

Sumqayıt

4

0

3

1

2-3

3

9

Rəvan

4

0

2

2

3-6

2

10

AZAL

4

0

0

4

0-6

0